"Bizə Haaqa vəd edilmişdi və biz bunu əldə etdik" - Rusiya XİN-dən məhkəmə qələbəsi ŞƏRHİ

 02:47 16.06.2026     366

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ölkənin Haaqadakı Beynəlxalq Arbitraj Məhkəməsində Qara və Azov dənizlərində, eləcə də Kerç boğazında sahil dövlətinin hüquqları ilə bağlı qələbəsini şərh edib.

Redaktor.az xəbər verir ki, Rusiya rəsmisi məhkəmənin qərarına münasibət bildirərkən "Bizə Haaqa vəd edilmişdi və biz bunu əldə etdik", - deyə qeyd edib.

Bazar ertəsi günü Rusiya Xarici İşlər Nazirliyi Haaqadakı Daimi Arbitraj Məhkəməsinin Rusiya ilə Ukrayna arasında Kerç boğazı, Azov dənizi və Krım ətrafındakı Qara dəniz sularındakı sahil dövlətinin hüquqları ilə bağlı on illik arbitrajda yekun qərar verdiyini açıqlayıb. Verilən məlumata görə, Rusiya bu işdə qəti qələbə qazanıb.

Məhkəmə prosesi 1982-ci ildə qəbul edilmiş Birləşmiş Millətlər Təşkilatının Dəniz Hüququ haqqında Konvensiyasının VII Əlavəsində nəzərdə tutulmuş prosedur qaydalarına uyğun olaraq aparılıb. Sözügedən arbitraj məhkəməsi Əlcəzair, Birləşmiş Krallıq, Meksika, Rusiya və Cənubi Koreyanı təmsil edən beş müstəqil arbitrdən ibarət olub.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən