Fidan ABŞ-İran anlaşmasını ALQIŞLADI

 15:31 16.06.2026     187

Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqton və Tehran arasında əldə olunan razılaşmanın Yaxın Şərqdə yeni sülh mərhələsinin əsasını qoya biləcəyini bildirib.

Redaktor.az xəbər verir ki, Hakan Fidan bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi görüşdən sonra təşkil olunan mətbuat konfransında danışıb.

Türkiyəli nazir qeyd edib ki, Ankara ABŞ və İran arasında əldə olunan anlaşmanın regionda sabitliyə və təhlükəsizliyə töhfə verəcəyinə inanır.

“Biz inanırıq ki, bu razılaşma yeni regional sülhə yol aça bilər”, - deyə Fidan vurğulayıb.

O, həmçinin razılaşma prosesində Pakistan, Qətər və Səudiyyə Ərəbistanının oynadığı rolu yüksək qiymətləndirib.

Nazirin sözlərinə görə, həmin ölkələrin diplomatik təşəbbüsləri danışıqların uğurla nəticələnməsində mühüm əhəmiyyət daşıyıb.

“Onların diplomatik təşəbbüsləri böyük əhəmiyyət kəsb edirdi”, - deyə Hakan Fidan əlavə edib.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən