Polşa ABŞ-nin daimi hərbi bazasını yaratmağa HAZIRLAŞIR

 15:36 16.06.2026     251

Polşa hökuməti ölkə ərazisində ABŞ-nin daimi hərbi bazasının yaradılması üçün hazırlıq işlərinə başlayır.

Redaktor.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk Nazirlər Kabinetinin iclası öncəsi açıqlamasında bildirib.

Onun sözlərinə görə, hökumət bu layihənin həyata keçirilməsi üçün maliyyə və logistika şərtlərinin hazırlanmasına dair qərar qəbul edəcək.

"Bu gün Nazirlər Şurasının bununla bağlı qərarını qəbul edəcəyik və layihə üzərində işə başlayacağıq", – deyə Tusk vurğulayıb.

NURİYYƏ 

Vumart və Güvən reklamı Vumart Güvən