Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ETDİ
Kanada Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirərək 7 fiziki şəxs və 34 hüquqi şəxsi məhdudiyyətlərə məruz qoyub.
Redaktor.az xəbər verir ki, bu barədə Kanadanın Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.
Sanksiya siyahısına Rusiyanın Moskva Birjası, Sankt-Peterburq Birjası, SPB Birjası, Milli Əmtəə Birjası və Şərq Birjası, eləcə də "Absolyut Bank" və "Zemski Bank" daxil edilib.
Bundan başqa, məhdudiyyətlər Rosatom Enerji Layihələri Səhmdar Cəmiyyətinə, "İstina" qeyri-kommersiya təşkilatına və "Soglasiye" sığorta şirkətinə də şamil olunub. Yeni sanksiyalar çərçivəsində Qırğızıstan, BƏƏ, Vyetnam və Yeni Zelandiyada fəaliyyət göstərən altı şirkət də qara siyahıya salınıb.
NURİYYƏ













