Aİ Ukrayna və Moldova ilə üzvlük danışıqlarında ilk mərhələni BAŞLATDI
Aİ Ukrayna və Moldova ilə üzvlük danışıqlarında ilk mərhələni başlatdı.
Redaktor.az xəbər verir ki,Avropa İttifaqı (Aİ) Şurasından verilən bəyanatlarda Lüksemburqda Ukrayna və Moldova ilə ayrı-ayrılıqda keçirilən üzvlük danışıqları konfranslarından sonra bu ölkələrlə "Əsaslar" (Temeller) başlıklı ilk fəsillər blokunun açıldığı bildirilib.
Bəyanatlarda qeyd olunub ki, ilk fəsillər bloku üzvlük danışıqları prosesində namizəd ölkələrlə açılan ilk və ən son bağlanan mərhələdir. Bu blok üzrə əldə edilən irəliləyiş danışıqların ümumi sürətini müəyyən edir.
Sözügedən bloka aşağıdakı fəsillər daxildir:
23-cü fəsil: Məhkəmə sistemi və əsas hüquqlar
24-cü fəsil: Ədalət, azadlıq və təhlükəsizlik
5-ci fəsil: Dövlət satınalmaları
18-ci fəsil: Statistika
32-ci fəsil: Maliyyə nəzarəti
Xədicə BAXIŞLI













