"Sabah Tramp ilə ayrıca görüşəcəyəm" - Zelenski
Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 17-də amerikalı həmkarı Donald Tramp ilə daha bir görüş keçirə biləcəyini bəyan edib.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı "RBC-Ukrayna" yayıb.
Dövlət başçısı bildirib ki, Ukrayna nümayəndə heyəti bir sutka ərzində ABŞ komandası ilə bir araya gələcək. O, həmçinin Böyük Britaniya təmsilçiləri də daxil olmaqla, çox sayda texniki görüşlərin keçirilməsinə ehtiyac olduğunu qeyd edib.
"Düşünürəm ki, sabah prezident [Donald Tramp] ilə ayrıca da görüşəcəyik", — deyə Zelenski vurğulayıb.
Bundan əvvəl Zelenski G7 liderləri ilə keçirilən çoxtərəfli görüşün yekunlarına əsasən, "Rusiyanı sülhə məcbur etmək barədə güclü ideyalara görə" onlara təşəkkür edib və Kiyev üçün "prioritetləri" sıralayıb: hava hücumundan müdafiə (HHM) raketlərinin sayının artırılması və onların istehsalı üçün lisenziyaların verilməsi, qış üçün dəstək paketi və Rusiyaya qarşı təzyiqlərin gücləndirilməsi.
Ötən həftə Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Tramp ilə telefon danışığı zamanı xəbərdarlıq edib ki, Kiyev və müttəfiqlərinin Ukraynadakı münaqişənin gedişatını öz xeyirlərinə dəyişmək üçün hər hansı cəhdləri uğursuzluğa məhkumdur.
Xədicə BAXIŞLI













