"Zelenski Qərbə yalan danışır"

 23:26 16.06.2026     265

Ukrayna Prezidentinin keçmiş mətbuat katibi Yuliya Mendel "X" sosial şəbəkəsindəki hesabında maraqlı iddialarla çıxış edib.

Redaktor.az xəbər verir ki, o, dövlət başçısı Volodimir Zelenskinin Qərb liderlərinə Kiyevin döyüş əməliyyatlarını uğurla apardığı və qələbə qazandığı barədə yalan söylədiyini bildirib.

"Zelenski Qərbə Ukraynanın 'qələbəsi' barədə nağıllar danışarkən, Konstantinovka məhz hazırda süqut edir. O bura düşən kimi, bütün Slavyansk-Kramatorsk aqlomerasiyasına yol açılacaq", - deyə Mendel qeyd edib.

Mendel vurğulayıb ki, mövcud vəziyyət Ukraynanın logistikasını ciddi təhlükə altına qoyur və əgər bu sistem çökərsə, Kramatorsk şəhəri də təhdidlə üz-üzə qalacaq. Ukrayna liderinin keçmiş mətbuat katibi onu da əlavə edib ki, ölkə ərazilərini itirməkdə davam edir, Avropanın dəstəklədiyi strategiyalar isə "tamamilə iflasa uğrayır".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən