Avropa Komissiyasının rəhbəri ilə bağlı yeni müzakirələr BAŞLADI
Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin siyasi gələcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Redaktor.az xəbər verir ki, xüsusi nümayəndə bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Dmitriyev sosial şəbəkədə paylaşdığı qısa mesajda fon der Leyenin 2029-cu il seçkilərində üçüncü müddətə namizəd olmayacağı barədə məlumatı şərh edərək, "Ursula üçün darıxacağıq?" ifadəsini işlədib.
Onun bu paylaşımı Avropa Komissiyası rəhbərinə yönəlmiş istehzalı münasibət kimi qiymətləndirilib. Dmitriyev açıqlamasında əlavə detallara yer verməyib.
Aytəkin TOFİQQIZI













