"Sanksiyalar dərhal aradan qaldırılmayacaq" - Trampdan İranla bağlı AÇIQLAMA 

 16:34 17.06.2026     251

ABŞ Prezidenti Donald Tramp ABŞ və İran arasında imzalanması planlaşdırılan anlaşma memorandumunun Tehrana qarşı sanksiyaların dərhal yumşaldılmasını nəzərdə tutmadığını bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, Trampdan memorandumda İrana tətbiq olunan sanksiyaların dərhal aradan qaldırılması ilə bağlı hər hansı müddəanın olub-olmadığı soruşulub.

ABŞ lideri suala cavab olaraq bildirib ki, belə bir addım nəzərdə tutulmur.

“Xeyr. Onlar davranmalıdırlar”, – deyə Tramp qeyd edib.

Qeyd edək ki, ABŞ və İran arasında mümkün razılaşma ilə bağlı danışıqlar fonunda tərəflər arasında münasibətlərin gələcək istiqaməti və Tehranın öhdəliklərə əməl edib-etməyəcəyi əsas müzakirə mövzularından biri olaraq qalır.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən