Almaniya və Polşa mümkün münaqişə zamanı şərqə qoşun yerləşdirməyə hazırdır

 17:46 17.06.2026     231

Almaniyanın xarici işlər naziri Yohann Vadeful bildirib ki, mümkün hərbi qarşıdurma baş verəcəyi təqdirdə Almaniya və Polşa şərq istiqamətinə qoşunların yerləşdirilməsi üçün öz hərbi imkanlarından istifadə etməyə hazırdır.

Redaktor.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Vadeful Almaniya-Polşa konfransında çıxışı zamanı iki ölkənin NATO çərçivəsində mühüm logistika mərkəzləri olduğunu qeyd edib.

“Almaniya və Polşa NATO-nun logistika mərkəzləridir. Müdafiəyə ehtiyac yaranarsa, yüz minlərlə müttəfiq qoşun ölkələrimiz vasitəsilə şərqə – həm Polşaya, həm də Baltikyanı ölkələrə yerləşdiriləcək”, – deyə nazir bildirib.

Onun sözlərinə görə, Almaniya və Polşa Avropanın müdafiə sistemində və NATO-nun çəkindirmə strategiyasında əsas rol oynayacaq.

Vadeful ölkələr arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb və bildirib ki, yeni razılaşmalar hərbi sənaye sahəsində birgə fəaliyyətin genişlənməsinə imkan yarada bilər.

Nazir əlavə edib ki, xüsusilə Baltik dənizi regionunda keçirilən birgə hərbi təlimlər Almaniya və Polşa arasında əməkdaşlığı daha da möhkəmləndirir.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən