Tramp Rusiyaya qarşı yeni sanksiyaların nədən asılı olduğunu AÇIQLADI

 19:50 17.06.2026     288

"ABŞ Administrasiyası Rusiyaya qarşı əlavə məhdudiyyətlərin tətbiqi imkanlarını nəzərdən keçirir, lakin yekun qərar qlobal neft bazarındakı vəziyyətdən asılı olacaq".

Redaktor.az vesti.ru-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp G7 sammitində bildirib.

Jurnalistlərin yeni anti-Rusiya sanksiyaları barədə sualını cavablandırarkən amerikalı lider hazırda neft qiymətlərinin sürətlə aşağı düşdüyünü qeyd edib, onun məlumatına görə, bir barelin qiyməti təxminən 74-75 dollar təşkil edir.

"Biz bunu nəzərdən keçiririk. Neftin qiymətinin nə dərəcədə kəskin düşdüyünə baxırıq. Qiymət həqiqətən də sürətlə aşağı enir" , - deyə Tramp əlavə edib.

Vumart və Güvən reklamı Vumart Güvən