Moskvaya son 2 ilin ən böyük dron hücumu - FOTO+VİDEO

 10:46 18.06.2026     259

Moskvaya son 2 ilin ən böyük dron hücumu olub.

Redaktor.az xəbər verir ki, bu barədə TASS şəhərin meri Sergey Sobyaninə istinadən məlumat yayıb. 

Mer iyunun 18-i gecə saatlarından indiyədək Moskva ətrafında 85 pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb. 

Bundan əvvəlki ən çoxsaylı dron hücumu bu il mayın 17-si qeydə alınıb. Həmin vaxt Rusiya paytaxtına hücum edən 81 dronun zərərsizləşdirildiyi bildirilir.

İlkin məlumatlara görə, şəhərdə yerləşən neft emalı zavodunda yanğın baş verib, hava limanlarının fəaliyyəti müvəqqəti dayandırılıb. 




moskvaya-son-2-ilin-en-boyuk-dron-hucumu

Vumart və Güvən reklamı Vumart Güvən