G7 liderləri Trampı İrandakı əməliyyata görə DƏSTƏKLƏDİLƏR
"G7" (Böyük Yeddilik) sammitinin yekun bəyanatında birlik ölkələrinin liderləri ABŞ Prezidenti Donald Trumpa İrandakı hərbi əməliyyatla bağlı dəstək nümayiş etdiriblər.
Redaktor.az xəbər verir ki, bu barədə "Politico" nəşri diplomatik mənbəyə istinadən məlumat yayıb.
Nəşrin həmsöhbətinin sözlərinə görə, yekun bəyanatda Trampın hərbi əməliyyatdakı uğurunun xüsusi vurğulanması təsadüfi olmayıb.
"Öz ölkəsində o, çoxlu tənqidlərlə üzləşir. Bu, ona dəstəyimizi ifadə etməyin bir yoludur", – deyə adının açıqlanmasını istəməyən diplomat bildirib.
NURİYYƏ













