Tramp və Netanyahu arasında münasibətlər gərginləşib
ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında münasibətlərin son dövrlər kəskinləşdiyi bildirilir.
Redaktor.az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) nəşri məlumat yayıb.
Məlumata görə, tərəflər arasında yaranan fikir ayrılıqlarının əsas səbəbi İranla bağlı məsələyə fərqli yanaşmalarıdır. Vaşinqton Tehranla sülh sazişinin əldə olunmasına üstünlük verdiyi halda, Təl-Əviv hərbi əməliyyatların davam etdirilməsində maraqlı olub.
Nəşrin mənbələrinin sözlərinə görə, Donald Tramp Benyamin Netanyahu ilə söhbətləri zamanı dəfələrlə onun fəaliyyətindən narazılığını ifadə edib. ABŞ lideri İsrail ordusunun binaları niyə vurduğunu soruşaraq bu cür əməliyyatların dayandırılmasını tələb edib.
Digər mənbənin iddiasına görə, Tramp yaxın ətrafına Netanyahunun “hamını bombalamaq istədiyini” deyərək onun siyasətindən narahatlığını dilə gətirib.
NURİYYƏ













