Lavrovdan Qərbə nüvə xəbərdarlığı: "Fəlakətli nəticələrə səbəb olacaq"

 03:56 19.06.2026     299

Rusiya xarici işlər naziri Sergey Lavrov NATO ilə Rusiya arasında birbaşa toqquşma halında fəlakətli nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, Lavrov bu barədə "Ukrayna, Avropa və Qlobal Təhlükəsizlik" adlı məqaləsində bəhs edib.

Nazir vurğulayıb ki, bu vəziyyət qlobal təhlükəsizlik üçün ciddi risklər yaradır.

O bildirib ki, NATO ilə Rusiya arasında birbaşa toqquşma tez bir zamanda fəlakətli nəticələrə səbəb olacaq nüvə mübadiləsinə çevrilə bilər.

Lavrovun sözlərinə görə, Rusiya Fransanın bir neçə Avropa İttifaqı (Aİ) ölkəsinə "nüvə çətiri" vermək niyyətindən ciddi şəkildə narahatdır.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən