Tramp hazırda İsrailə ən çox dəstək verən dünya lideridir - Vens

 10:54 19.06.2026     236

ABŞ-nin vitse-prezidenti Ceyms Di Vens İsrailin ABŞ-İran sülh sazişinin şərtləri ilə bağlı tənqidlərinə sərt reaksiya verib.

Redaktor.az bu barədə “The New York Times” qəzetinə istinadla məlumat verir.

Məlumata görə, Vans  bildirib ki, ABŞ Prezidenti Donald Tramp hazırda İsrailə ən çox dəstək verən dünya lideridir.

“Donald Tramp bütün dünyada hazırda İsrail Dövlətinə rəğbət bəsləyən yeganə dövlət başçısıdır. Əgər mən İsrail hökumətində olsaydım, dünyada qalan yeganə güclü müttəfiqimə hücum etməzdim”, – deyə o vurğulayıb.

Vitse-prezident həmçinin qeyd edib ki, İsrailin özünü müdafiə üçün istifadə etdiyi silahların böyük hissəsi ABŞ-də istehsal olunur və Amerika vergi ödəyicilərinin vəsaiti hesabına alınır.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən