Azərbaycanlı gənc Qara dənizdə boğulub ÖLDÜ

 11:20 19.06.2026     261

Marneulidən olan gənc Urekidə dənizdə boğularaq həyatını itirib.

Redaktor.az xəbər verir ki, bu haqda "Marneuli News" məlumat yayıb.

Xəbərə görə, Urekidə baş verən faciə nəticəsində Marneuli bələdiyyəsinin Ağməmmədli kənd sakini, 21 yaşlı Elnur Nəbiyev həyatını itirib.

Qeyd edək ki, iyunun 18-də Urekidə güclü dəniz axını Marneuli bələdiyyəsindən olan dörd gənci aparıb. Xilasedicilər onların hamısını sudan çıxarsalar da, gənclərdən birinin həyatını xilas etmək mümkün olmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən