"Memorandum milli təhlükəsizliyə təhlükə yaratmamalıdır" - İranlı deputat

 11:50 19.06.2026     177

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əli Xezrian bildirib ki, Ali Lider Müctəba Xamenei müəyyən tərəddüdlərinə baxmayaraq, İranla bağlı memoranduma razılıq verib.

Redaktor.az xəbər verir ki, Xezrian bu barədə açıqlamasında danışıb.

Deputat qeyd edib ki, hazırda İran cəmiyyəti və siyasi dairələr memorandumda nəzərdə tutulan şərtlərin icra olunub-olunmayacağını diqqətlə izləyir.

Onun sözlərinə görə, ölkə rəhbərliyi ilə həmrəylik nümayiş etdirən xalq razılaşmanın İranın maraqlarına uyğun nəticələr verəcəyini gözləyir.

Xezrian 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) bənzər hər hansı sazişin risklər daşıya biləcəyini də vurğulayıb.

O bildirib ki, əgər yeni razılaşma birtərəfli məhdudiyyətlərin tətbiqinə və ya İranın çəkindirici imkanlarının zəifləməsinə səbəb olarsa, bu, ölkənin milli təhlükəsizliyi üçün ciddi təhdidə çevrilə bilər.

“Əgər bu razılaşma JCPOA kimi birtərəfli məhdudiyyətlərə və çəkindirici gücün azalmasına gətirib çıxararsa, bu, milli təhlükəsizliyə təhdid olacaq və belə bir itki təkrarlanmamalıdır”, - deyə Xezrian bildirib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən