Putin Ukraynaya hücum etməklə tarixi səhvə yol verib - Sibiqa

 12:15 19.06.2026     183

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bəyan edib ki, ölkəsi Rusiyaya qarşı uzaqmənzilli zərbələri yerli istehsal olan silahlarla həyata keçirir.

Redaktor.az bu haqda xarici müdiaya istinadla xəbər verir.

Nazir bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya hücum etməklə tarixi səhvə yol verib və müharibəni davam etdirdikcə vəziyyəti daha da pisləşəcək.

“Putinin istənilən vaxt çıxış yolu var. O, sadəcə işğalçı qüvvələrinə atəşi dayandırmağı və müharibəni bitirməyi əmr etməlidir”, – deyə Sibiqa vurğulayıb.

Nazirin sözlərinə görə, Ukrayna Rusiya ərazisindəki hədəflərə zərbələri xarici deyil, məhz Ukrayna istehsalı olan silahlarla endirir. O qeyd edib ki, bu fakt Rusiyanın “kollektiv Qərblə mübarizə apardığı” barədə təbliğatını zəiflədir.

Sibiqa əlavə edib ki, Moskva və Rusiyanın digər bölgələrinə qarşı həyata keçirilən uzaqmənzilli zərbələrin hamısı Ukrayna istehsalı olan silahlarla həyata keçirilir və Kremlin bu reallığı izah etməsi getdikcə çətinləşir.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən