Moskvaya kütləvi dron hücumu OLDU

 13:55 19.06.2026     192

Moskva ardıcıl ikinci gün Ukrayna PUA-larının kütləvi hücumuna məruz qalıb.

Redaktor.az xəbərinə görə, paytaxt meri Sergey Sobyanin şəhərə yaxınlaşan 16 dronun vurulduğunu açıqlayıb.

Qeyd edək ki, ötən gün Moskva şəhəri və Moskva vilayəti Ukrayna PUA-larının kütləvi hücumuna məruz qalıb. Moskva Neft Emalı Zavodu və "Sadovod" ticarət mərkəzinə ziyan dəyib. Moskva vilayətində iki uşaq daxil olmaqla 16 nəfər xəsarət alıb.

Vumart və Güvən reklamı Vumart Güvən