Köçəryan MSK-nı məhkəməyə VERDİ

 13:43 20.06.2026     271

Ermənistanın eks-prezidenti, “Hayastan” blokunun lideri Robert Köçəryan İnzibati Məhkəmədə Mərkəzi Seçki Komissiyasına (MSK) qarşı iddia qaldırıb.

Redaktor.az xəbər verir ki, iddiada Robert Köçəryan MSK-nın qərarını mübahisələndirib. Görünür, söhbət 17 iyunda MSK-nın onun barəsində cinayət təqibinin başlanmasına razılıq verilməsi barədə qərarından gedir.

“Factinfo”nun məlumatına görə, iddia ötən gün axşam məhkəməyə daxil olub və hakim Qriqor Arakeliana göndərilib. İddianın icraata qəbul edilib-edilməməsi barədə hələ qərar yoxdur.

Qeyd olunur ki, Robert Köçəryan barəsində cinayət təqibi 22 il əvvəl hökumətin qəbul etdiyi bir qərarla bağlı iş üzrə başlanıb. Konkret olaraq, 2004-cü ildə həyata keçirilmiş və Ermənistan hökuməti tərəfindən təsdiqlənmiş bir sövdələşmə məsələsindən söhbət gedir.

Vumart və Güvən reklamı Vumart Güvən