İran Hörmüz boğazının açılması üçün şərtlər irəli sürdü

 17:05 21.06.2026     246

Livanda atəşkəs əldə olunmayana və İran neftinin satışına qoyulan məhdudiyyətlər aradan qaldırılmayana qədər İran Hörmüz boğazını açmayacaq.

Redaktor.az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi mənbəyə istinadən məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Hörmüz boğazının açılması üçün mütləq şərtlər aşağıdakılardır: İranın xaricdəki dondurulmuş aktivlərinin blokdan çıxarılması, Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması, blokadanın tamamilə qaldırılması və neft satışına icazələrin verilməsi.

Agentliyin həmsöhbəti əlavə edib ki, yalnız dəniz blokadasının qaldırılması akvatoriyanın açılması üçün kifayət edən şərt deyil.

Vumart və Güvən reklamı Vumart Güvən