Hörmüzdə gəmilərin sayı müharibədən əvvəlki səviyyəyə qayıtdı

 19:52 21.06.2026     181

ABŞ-nin Energetika naziri Kris Rayt son iki gün ərzində strateji əhəmiyyətli Hörmüz boğazından 100-dən çox kommersiya gəmisinin təhlükəsiz şəkildə keçdiyini bəyan edib.

Redaktor.az xəbər verir ki, bu barədə nazir məşhur "ABC News" telekanalına verdiyi eksklüziv müsahibəsində məlumat yayıb.

Məlumata görə, energetika naziri regionda dəniz nəqliyyatının bərpa olunma dinamikasını xüsusi rəqəmlərlə diqqətə çatdırıb. Onun Hörmüz boğazındakı mövcud vəziyyət və qlobal enerji bazarları ilə bağlı səsləndirdiyi fikirlər beynəlxalq iqtisadi dairələrin xüsusi marağına səbəb olub.

Bildirilib ki, Kris Rayt iki gün əvvəl boğazdan 55 gəminin, dünən isə 67 gəminin keçdiyini qeyd edib. O, regionda yaşanan gərginliklərə baxmayaraq, xam neft və neft məhsullarının daşınma həcminin artıq müharibədən əvvəlki göstəricilərə bərabər olduğunu vurğulayıb.

Açıqlamada qeyd olunub ki, nazir ABŞ-də benzin qiymətlərinin dəqiq düşmə vaxtını proqnozlaşdırmaqdan imtina etsə də, Vaşinqton və Tehran arasındakı danışıqların gedişatından asılı olmayaraq qiymətlərin mütləq enəcəyini bildirib. O, ABŞ və Venesuelada daxili enerji istehsalının artdığını, həmçinin digər qlobal istehsalçılarla aktiv əməkdaşlığın davam etdiyini əsas gətirərək, amerikalı istehlakçıların yaxın gələcəkdə yanacaq qiymətlərində ciddi azalma müşahidə edəcəklərini bəyan edib.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən