"Onlar nə deyir desin, biz hərəkətə keçəcəyik!" - Qalibafdan ABŞ-yə ULTİMATUM
İranın İsveçrədəki nümayəndə heyətinin rəhbəri, Parlamentin sədri Məhəmməd Bağır Qalibaf ABŞ rəsmilərinin son açıqlamalarına kəskin reaksiya verərək, Vaşinqtonu bəyanatlarında daha diqqətli olmağa çağırıb.
Redaktor.az xəbər verir ki, bu barədə iranlı spiker özünün sosial media hesabında paylaşım edib.
Məlumata görə, Məhəmməd Bağır Qalibaf İslam Respublikasının Silahlı Qüvvələrinin hər an cavab verməyə tam hazır vəziyyətdə olduğunu xüsusi vurğulayıb. O, Tehranın ABŞ-nin ritorikasına qarşı praktiki addımlarla cavab verəcəyinə işarə edib.
Bildirilib ki, parlament sədri paylaşımında ABŞ-nin bəyanatlarına əhəmiyyət verməyəcəklərini qeyd edərək, “Onlar nə deyirlərsə desinlər, biz hərəkətə keçəcəyik”, — deyə kəskin xəbərdarlıq edib.
Aminə ŞAHSUVARQIZI













