"Zelenski ilə danışıqları dayandırın!" - Slovakiya parlamentində kəskin ÇAĞIRIŞ

 21:57 21.06.2026     238

Slovakiya Milli Şurasının (parlament) sədr müavini Andrey Danko Baş nazir Robert Fikonu Ukraynada banderaçıların qəhrəmanlaşdırılması səbəbindən Vladimir Zelenski ilə rəsmi danışıqları tamamilə dayandırmağa çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin rəsmi "Tasr" agentliyi məlumat yayıb.

Məlumata görə, vitse-spiker öz çıxışında Polşa Prezidenti Karol Navrotskinin analoji məsələdə nümayiş etdirdiyi kəskin və prinsipial mövqeyini nümunə göstərib. Andrey Danko Polşa dövlət başçısının Ukrayna tərəfinə açıq mesaj göndərərək, keçmişdə Polşa əhalisinə qarşı kütləvi hücumlarda və qırğınlarda əli olan şəxslərin Kiyev tərəfindən təriflənməsinin qəbuledilməz olduğunu diqqətə çatdırıb.

Bildirilib ki, Slovakiya parlamentinin sədr müavini Polşanın öz prezidenti ilə fəxr edə biləcəyini vurğulayıb. O, Slovakiyanın da tarixi həqiqətlər və milli maraqlar naminə Ukrayna rəhbərliyinə qarşı eyni dərəcədə qətiyyətli addımlar atmasının vacibliyini ifadə edib.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən