Bəqayi İsveçrədə ABŞ ilə texniki danışıqların başladığını təsdiqlədi - YENİLƏNİB

 13:58 22.06.2026     373

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu gün İsveçrədə İslamabad memorandumu çərçivəsində texniki danışıqların başladığını təsdiqləyib.

Redaktor.az-ın xəbərinə görə, Bəqai bu barədə İRNA-ya müsahibəsində bildirib.

İran XİN sözçüsü qeyd edib ki, danışıqlar bazar günü Bürgenstokda İran və ABŞ nümayəndə heyətləri arasında Pakistan və Qətərin iştirakı ilə keçirilən yüksək səviyyəli məsləhətləşmələrin davamı olaraq təşkil edilir.

O əlavə edib ki, vasitəçilərin birgə bəyanatına əsasən, texniki işçi qrupları nüvə məsələsi, sanksiyalar, monitorinq və mübahisələrin həlli mövzularına fokuslanacaq və danışıqlar həftənin sonunadək İsveçrədə davam edəcək.

***

Bu gündən İsveçrədə ABŞ və İranın ekspert qrupları arasında danışıqlar başlayır.

Redaktor.az-ın xəbərinə görə, danışıqlar iki ölkə arasında imzalanmış Anlaşma Memorandumunun icra mexanizmlərini və bununla əlaqəli texniki qrupların yaradılması məsələlərini əhatə edəcək.

İranın ekspert qrupuna xarici işlər nazirinin müavini Kazem Qəribabadi rəhbərlik edir.

Qeyd edək ki, bir az əvvəl İran nümayəndə heyəti ABŞ ilə 18 saatlıq danışıqlardan sonra İsveçrəni tərk edib.

Vumart və Güvən reklamı Vumart Güvən