Rusiyanın dörd hava limanı fəaliyyətini dayandırdı - YENİLƏNİB
Moskvanın “Domodedovo”, “Şeremetyevo”, “Vnukovo” və “Jukovski” hava limanları müvəqqəti bağlanıb.
Redaktor.az əbər verir ki, bu barədə Rusiya Hava Nəqliyyatı Federal Agentliyi-“Rosaviasiya” məlumat yayıb.
Bildirilib ki, Moskvanın bütün aeroportlarında təyyarələrin uçuş və enişinə məhdudiyyət tətbiq olunub.
Ukrayna ordusu Rusiyanın Voronej şəhərinə raket zərbəsi endirib, güclü yanğın başlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə “RBK-Ukraine” sosial şəbəkələrdəki video materiallara əsaslanaraq məlumat yayıb.
İlkin məlumatlara görə, şəhərə bir neçə “Storm Shadow” qanadlı raketinin düşdüyü bildirilir.
Ukraynanın “Exilenova” resursunun məlumatına əsasən, hücumun hədəfi bir sıra ölkələrin sanksiya siyahısında yer alan Voronej Yarımkeçirici Cihazlar Zavodu ola bilər.
Hadisə ilə bağlı rəsmi qurumlar hələlik məlumat yaymayıb.
Hücumun nəticələri və hədəfin dəqiq müəyyənləşdirilməsi ilə bağlı məlumatlar dəqiqləşdirilir.













