İstiyə görə dənizə girdilər, boğularaq ÖLDÜLƏR
Fransada davam edən ekstremal isti hava şəraiti nəticəsində son günlər 13 nəfər boğularaq həyatını itirib.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin böhran idarəçiliyinə cavabdeh olan Milli Mülki Təhlükəsizlik Qurumunun sözçüsü Jerom Bulanje məlumat verib.
Onun sözlərinə görə, həftəsonundan etibarən havaların kəskin istiləşməsi səbəbindən sərinləmək məqsədilə su hövzələrinə daxil olan 13 nəfər boğulub.
Həlak olanlar arasında Puatye şəhərində yaşayan 17 yaşlı yeniyetmə və Sena-et-Marn departamentində yaşayan 13 yaşlı uşaq da var.
Fransanın meteorologiya xidməti Meteo-France ölkənin 49 departamentində qırmızı, 40 departamentində isə narıncı xəbərdarlıq səviyyəsinin tətbiq edildiyini açıqlayıb.
NURİYYƏ













