Trampın qızı və nəvələri - FOTO

 14:09 22.06.2026     307

ABŞ Prezidenti Donald Trumpın qızı, iş xanımı Ivanka Trump atası və övladları ilə çəkilmiş nadir fotosunu sosial şəbəkədə paylaşıb.

Redaktor.az xəbər verir ki, İvanka Tramp bir çox ölkələrdə iyun ayının üçüncü bazar günü qeyd olunan Atalar Günü münasibətilə atasını təbrik edib.

Paylaşdığı fotoda İvanka Tramp, Donald Tramp və uşaqları helikopterin qarşısında görüntüləniblər. ABŞ Prezidenti kameraya gülümsəyərək baş barmağını yuxarı qaldırıb. İş xanımı həmçinin həyat yoldaşı Jared Kushner ilə çəkilmiş şəkillərini də izləyiciləri ilə bölüşüb.

“Dünyadakı bütün ataların Atalar Günü mübarək!” – deyə İvanka Tramp paylaşımına qeyd edib.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən