Ermənistandan Moskvaya uçan təyyarə həyəcan siqnalı verdi
Ermənistanın Gümrü şəhərindən Rusiyanın paytaxtı Moskvaya uçan sərnişin təyyarəsi Mahaçqala hava limanına eniş edib.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) məlumat yayıb.
Bundan əvvəl “Baza” teleqram kanalı “Pobeda” aviaşirkətinə məxsus Gümrü–Moskva reysini yerinə yetirən təyyarənin Dağıstan səmasında həyəcan siqnalı verdiyini bildirib. Məlumata görə, ekipaj fövqəladə vəziyyət siqnalı göndərdikdən sonra təyyarə Mahaçqala hava limanına istiqamətləndirilib.
Sonradan “Rosaviasiya” təyyarənin təhlükəsiz şəkildə Mahaçqala aeroportuna eniş etdiyini təsdiqləyib.
Hadisənin səbəbləri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.













