Starmer Rusiya üçün xüsusi əhəmiyyət daşıyan siyasətçi kimi yadda qalmayacaq - Peskov
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov istefasını elan edən Böyük Britaniyanın Baş naziri Kir Starmer barədə danışıb.
Redaktor.az bu haqda xarici mediaya istinadla məlumat verir.
Peskov bildirib ki, Starmer Rusiya-Britaniya münasibətlərində diqqətçəkən heç bir rol oynamayıb. Onun sözlərinə görə, Starmer hər zaman iki ölkə arasındakı münasibətlərin hazırkı aşağı səviyyədə qalmasının tərəfdarı olub.
Kreml sözçüsü qeyd edib ki, bu səbəbdən Starmer Rusiya üçün xüsusi əhəmiyyət daşıyan siyasətçi kimi yadda qalmayacaq. Peskovun fikrincə, Britaniyanın sabiq baş naziri Rusiya ilə münasibətlər baxımından diqqətəlayiq addımları ilə seçilməyib.
Aytəkin TOFİQQIZI













