Prezidentin postundan uzaqlaşdırılması üçün Macarıstan Konstitusiyasına düzəliş ediləcək

 18:55 22.06.2026     439

“Macarıstanın yeni hökuməti hazırkı Prezident Tamaş Şuyokun vəzifədən uzaqlaşdırılmasına imkan verən Konstitusiyaya düzəlişlər hazırlayacaq və yeni Konstitusiyanın hazırlanması prosesinə başlayacaq”.

Redaktor.az xəbər verir ki, bunu Macarıstan Baş nazir Peter Madyar deyib.

“Prezident Tamaş Şuyokun vəzifədən uzaqlaşdırılması təşəbbüsünü irəli sürürük”, - parlamentdə çıxış edən hökumət başçısı bildirib.

O vurğulayıb ki, Konstitusiyaya edilən dəyişikliklərin qüvvəyə minməsindən bir gün sonra Tamaş Şuyokun səlahiyyətlərinə xitam veriləcək.

Baş nazir həmçinin sentyabrda bütün Macarıstan cəmiyyətini əhatə edən yeni Konstitusiya layihəsinin hazırlanması üçün hərtərəfli prosesin başlayacağını açıqlayıb. Bu proses başa çatdıqdan sonra yeni Konstitusiyanın referendumda təsdiqlənəcəyi gözlənilir.

Madyar əvvəllər də dəfələrlə bəyan etmişdi ki, Şuyok sabiq baş nazir Viktor Orbanın sui-istifadə hallarını gözardı etdiyi üçün istefa verməyə borcludur.

Vumart və Güvən reklamı Vumart Güvən