ABŞ İran neftinin satışına icazə verən lisenziya təqdim ETDİ
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İran neftinin hasilatı və satışına 2026-cı il avqustun 21-dək icazə verən ümumi lisenziya yayımlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, ötən həftə Vaşinqton və Tehran arasında imzalanmış qarşılıqlı anlaşma memorandumuna uyğun olaraq ABŞ İranın xam neft, neft məhsulları və neft emalı məhsullarının ixracına tətbiq olunan məhdudiyyətləri aradan qaldırmağa razılıq verib.
Lisenziya çərçivəsində icazə verilən əməliyyatlara İran mənşəli xam neftin, neft-kimya və digər neft məhsullarının ABŞ-yə idxalı, həmçinin bu sahə ilə bağlı bank əməliyyatları, sığorta və daşınma xidmətləri daxildir.
Bununla yanaşı, lisenziya Şimali Koreya və ya Kuba ilə əlaqəli əməliyyatlara şamil edilmir.
NURİYYƏ













