ABŞ və İran danışıqları davam etdirəcək - Vens

 23:12 22.06.2026     250

ABŞ və İran tərəfləri irəliləyiş əldə etmək məqsədilə diplomatik səylərini davam etdirəcəklər.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens İsveçrədə keçirilən ABŞ-İran danışıqlarının yekunlarına dair açıqlamasında bildirib.

Onun sözlərinə görə, Vaşinqton və Tehran nümayəndələri son 36 saat ərzində olduqca məhsuldar müzakirələr aparıblar.

"Bu məsələ üzərində işləməyə davam etməliyik. Texniki danışıqlar çərçivəsində irəliləyiş əldə etməyi davam etdiririk", – deyə Vens vurğulayıb.

Vitse-prezident daha əvvəl danışıqları şərh edərkən İranın ölkəyə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişlərinin yenidən daxil olmasına razılıq verdiyini açıqlamışdı. Onun sözlərinə görə, tərəflər mümkün razılaşmanın əldə olunması üçün etibarlı zəmin formalaşdırmağa nail olublar.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən