İrəvan meriyasında Paşinyanın partiyadaşları və müxalifət üzvləri arasında DAVA
İrəvan şəhər Ağsaqqallar Şurasının iclasında hakim “Vətəndaş Müqaviləsi” partiyasının nümayəndələri ilə müxalifət üzvləri arasında dava baş verib.
Redaktor.az xəbər verir ki, bu barədə news.am məlumat yayıb.
Məlumata görə, qarşıdurmaya seçkilər zamanı seçicilərin pulla ələ alınması ilə bağlı səsləndirilən ittihamlar səbəb olub. Müxalifət blokunun “Ana Ermənistan” fraksiyasının üzvləri hakim partiyanı seçki pozuntularında günahlandırıblar.
Bildirilib ki, İrəvan merinin müavini Armen Pambuxçyan müxalifət nümayəndələrinin ittihamlarına cavab olaraq mübahisəyə qoşulub və tərəflər arasında gərginlik artıb.
Qeyd olunub ki, söz mübahisəsi daha sonra fiziki qarşıdurmaya çevrilib və iclas zalında tərəflər bir-birinə su şüşələri atıblar.
Məlumata görə, insidentdən sonra İrəvan Ağsaqqallar Şurasının iclasında fasilə elan edilib.













