Bu ölkənin prezidenti istefa VERDİ
Cənubi Osetiyanın prezidenti Alan Qaqloyev səlahiyyətlərini vaxtından əvvəl dayandırdığını açıqlayıb.
Redaktor.az xəbər verir ki, o, bu barədə vətəndaşlara müraciətində məlumat verib.
Qaqloyev bildirib ki, bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putinlə görüşüb və görüş zamanı ona Rusiya Prezident Administrasiyasında işləmək təklifi olunub. Onun sözlərinə görə, Putin ona müşavir vəzifəsini tutmağı və Rusiya ilə Cənubi Osetiya arasında müttəfiqlik əməkdaşlığının dərinləşdirilməsi haqqında müqavilənin icrasına dəstək verməyi təklif edib.
Alan Qaqloyev bu təklifi qəbul etdiyini və bu gündən etibarən Rusiya Prezident Administrasiyasında fəaliyyətə başladığını qeyd edib.
O, həmçinin vurğulayıb ki, imzalanmış müqavilə osetin xalqının yenidən birləşməsinə xidmət edəcək və Cənubi Osetiya ilə Şimali Osetiyanın yaxınlaşması istiqamətində mühüm addım olacaq. Qaqloyevin sözlərinə görə, osetin xalqının tarixi seçimi həmişə Rusiya ilə birlik olub.
Cənubi Osetiya Konstitusiyasına uyğun olaraq, prezident səlahiyyətlərinin müvəqqəti icrası respublikanın baş naziri Marat Kambolova həvalə edilib.
Qaqloyev müraciətinin sonunda sakinləri yeni rəhbərlik ətrafında birləşməyə çağırıb, komandasına və vətəndaşlara birgə fəaliyyətə görə təşəkkür edib. O, Cənubi Osetiya xalqına xidmət etməyi həyatının ən böyük şərəfi adlandırıb.
NURİYYƏ













