“Bu cür cəhdlərə müvafiq şəkildə reaksiya verəcəyik” - Ryabkov

 17:30 23.06.2026     179

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiya aktivlərinin Moskvanın razılığı olmadan istifadə edilməsini “birbaşa qarət” adlandırıb və belə addımlara cavab veriləcəyini bildirib.

Redaktor.az bu haqda xarici KİV-ə istinadla xəbər verir.

Onun sözlərinə görə, Rusiyaya məxsus aktivlərin ölkənin razılığı olmadan hər hansı məqsədlər üçün istifadə olunması beynəlxalq maliyyə sisteminin fəaliyyət göstərdiyi əsas prinsiplərin ciddi şəkildə pozulması deməkdir.

Ryabkov jurnalistlərin ABŞ-nin Rusiya aktivlərindən öz məqsədləri üçün istifadə edə biləcəyi ilə bağlı sualını cavablandırarkən qeyd edib ki, belə bir addım Moskva üçün qətiyyən qəbuledilməzdir.

“Rusiya aktivlərinin Rusiyanın razılığı olmadan istifadəsi açıq şəkildə qarətdir. Bu, beynəlxalq maliyyə sisteminin əsaslarına radikal yenidən baxılması deməkdir. Buna görə də belə addımlar yolverilməzdir və biz bu cür cəhdlərə müvafiq şəkildə reaksiya verəcəyik”, – deyə diplomat vurğulayıb.

Ryabkov əlavə edib ki, bu xəbərdarlıq təkcə ABŞ-yə deyil, Avropa ölkələrinə də aiddir.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən