Zekenskinin keçmiş mətbuat katibi ölkədəki vəziyyəti tənqid ETDİ
Ukrayna Prezidenti Volodimir Zelenskinin 2019–2021-ci illərdə mətbuat katibi olmuş Yuliya Mendel ölkədə əhalinin maddi vəziyyətinin ağırlaşdığını və insanların siyasətə marağının azaldığını bildirib.
Redaktor.az xəbər verir ki, Mendel bu haqda sosial şəbəkə hesabında paylaşım edib.
O, sosial şəbəkədə paylaşdığı fikirlərində Ukraynada “televizorla soyuducu arasındakı əbədi mübarizənin” getdiyini qeyd edib. Mendelin sözlərinə görə, sadə vətəndaşların ərzaq səbəti boşaldıqca, onların müxtəlif siyasi nümayiş və şoulara marağı da azalır.
Sabiq mətbuat katibi ölkənin ağır iqtisadi vəziyyətə gətirildiyini və insanların çətin şəraitdə yaşadığını vurğulayıb.
Aytəkin TOFİQQIZI













