ABŞ xalqı İranla bağlı sərt siyasəti dəstəkləyir - Tramp

 23:56 23.06.2026     330

ABŞ Prezidenti Donald Tramp bildirib ki, amerikalılar onun İranla bağlı sərt mövqeyini yalnız dəstəkləmir, həm də Tehranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün daha qəti addımlar tələb edirlər.

Redaktor.az xəbər verir ki,  bu fikirləri Tramp Pensilvaniya ştatının Redinq şəhərinə gəlişi zamanı jurnalistlərə açıqlamasında deyib.

“Onlar bunu sadəcə dəstəkləmir, həm də tələb edirlər. Çünki İranın nüvə silahına sahib olmasına icazə verməyəcəklər”, — deyə ABŞ lideri bildirib.

Tramp qeyd edib ki, əsl problemlərin İranın nüvə imkanlarını artırmasına şərait yaradılacağı halda ortaya çıxacağını düşünür.

ABŞ Prezidenti bu açıqlamanı Pentaqonun 2026-cı il üçün İranla bağlı hərbi əməliyyat xərclərinə görə Konqresdən əlavə 80 milyard dollar maliyyə tələb etməsi ilə bağlı suala cavab verərkən səsləndirib.

Trampın sözlərinə görə, İranın nüvə silahı əldə etməsi ABŞ və dünya üçün daha ciddi təhlükələr yarada bilər.

Xədicə BAXIŞLI 

Vumart və Güvən reklamı Vumart Güvən