"Apple" bu ölkədə CƏRİMƏLƏNDİ
ABŞ-nin "Apple" şirkəti Rusiyada cərimələnib.
Redaktor.az bu haqda Rusiya mediasına istinadla xəbər verir.
Moskva məhkəməsi şirkəti onlayn informasiya yayımının təşkilatçısı kimi üzərinə düşən öhdəlikləri təkrar yerinə yetirməməkdə təqsirli bilib.
Qərara əsasən, Apple 500 min rubl məbləğində cərimə ödəyəcək.
Məlumata görə, qərar Moskvanın ümumi yurisdiksiya məhkəmələrinin rəsmi Telegram kanalında açıqlanıb.
Aytəkin TOFİQQIZI













