“Xameneinin öldürülməsini bağışlamayacağıq” - Əraqçi

 10:32 26.06.2026     301

“İranın Ali rəhbəri Əli Xameneinin öldürülməsini nə unudacağıq, nə də bağışlayacağıq”.

Redaktor.az xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib.

Nazir Əli Xameneini İmam Hüseynlə müqayisə edərək, onu “İslam inqilabının şəhidlərinin ağası və rəhbəri” adlandırıb.

“İmam Hüseyn şiə şəhidlərinin ağasıdır, çünki o, Kərbəla çölündə malik olduğu hər şeyi qurban verdi. Eynilə, biz onun (Əli Xameneinin) da öldürülməsini nə unudacağıq, nə də bağışlayacağıq”, - Əraqçi qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən