Ukrayna Volqoqraddakı hərbi zavoda zərbə ENDİRDİ
Ukrayna Prezidenti Volodimir Zelenski Volqoqraddakı Rusiyanın "Titan-Barikadı" hərbi müəssisəsinin Ukraynanın "Flaminqo" raketləri ilə vurulduğunu açıqlayıb.
Redaktor.az xəbər verir ki, Zelenski bu barədə Telegram kanalında paylaşım edib.
"Bu, düşmənin artilleriya sistemləri və xüsusi hərbi texnika, o cümlədən xalqımıza zərbələr endirmək üçün istifadə olunan raket buraxılış qurğularının elementlərini istehsal etdiyi iri sənaye kompleksidir. Zavodun ərazisinə dəqiq zərbə endirilib, nəticədə yanğın baş verib", - deyə Ukrayna Prezidenti bildirib.
Zelenski vurğulayıb ki, Ukraynaya qarşı müharibəyə xidmət edən Rusiyanın hər bir müdafiə sənayesi obyekti Ukraynanın uzaqmənzilli zərbələri üçün qanuni hərbi hədəf hesab olunur.













