Venesuelada zəlzələdə ölənlərin sayı ARTIR

 14:40 27.06.2026     226

Venesuelada baş verən iki dağıdıcı zəlzələ nəticəsində ən azı 920 nəfər həyatını itirib, 3360 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, iyunun 24-də qeydə alınan təbii fəlakətdən sonra 51 mindən çox insan hələ də itkin düşmüş hesab olunur. Hazırda Meksika, Salvador və digər ölkələrdən gələn xilasetmə qrupları Venesuelada axtarış-xilasetmə işlərini davam etdirir.

Bildirilib ki, ABŞ rəhbərliyi fəlakətlə bağlı ölkəyə 150 milyon dollar yardım ediləcəyini və tətbiq olunan sanksiyaların aradan qaldırılacağını vəd edib.

Qeyd olunur ki, BMT son 100 ilin ən güclü zəlzələsi hesab olunan bu fəlakətin Venesuelaya vurduğu birbaşa ziyanı 6,7 milyard dollar dəyərində qiymətləndirir.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən