Dohada ABŞ və İran arasında dondurulmuş vəsaitlərlə bağlı danışıqlar KEÇİRİLƏCƏK

 16:40 27.06.2026     270

Dohada keçiriləcək ABŞ-İran danışıqlarının gündəliyinə İranın dondurulmuş vəsaitlərinin qaytarılması məsələsi də daxil ediləcək.

Redaktor.az xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb.

Mənbələrin agentliyə verdiyi məlumata görə, Qətərdəki görüşlərdən sonra növbəti diplomatik büsat Pakistanda qurulacaq. Belə ki, Pakistan rəsmi Vaşinqton və Tehran arasında birbaşa nüvə məsələsinə yönəlmiş danışıqların ayrıca raunduna ev sahibliyi etməyə hazırlaşır.

Bildirilib ki, dondurulmuş aktivlərin sərbəst buraxılması və nüvə proqramı ətrafında aparılacaq bu müzakirələr regionda gərginliyin azaldılması istiqamətində növbəti mühüm addım hesab olunur.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən