"Regional təhlükəsizlik və sülh təhdid altındadır" - Bəhreynə hücum pislənildi

 16:42 27.06.2026     285

Misir və İordaniya şənbə günü İranın Bəhreynə qarşı həyata keçirdiyi pilotsuz uçuş aparatı (PUA) hücumunu kəskin şəkildə pisləyib, krallığa tam dəstəklərini ifadə edib və baş verənlərin regional təhlükəsizliyə mənfi təsiri barədə xəbərdarlıq ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə hər iki ölkənin xarici siyasət idarələri rəsmi bəyanat yayıb.

Misir Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, sözügedən dron hücumu Bəhreynin suverenliyini kobud şəkildə pozur, eyni zamanda regional gərginliyin azaldılması və sülhün möhkəmləndirilməsi istiqamətində atılan qlobal səyləri ciddi şəkildə təhdid edir.

İordaniya tərəfi də öz növbəsində hücumu sərt tənqid edərək, bu hadisənin beynəlxalq hüquq normalarına və BMT Nizamnaməsinə tamamilə zidd olduğunu bildirib.

Hər iki ərəb dövləti Bəhreyn Krallığının yanında olduqlarını vurğulayaraq, onun suverenliyini, daxili təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq üçün həyata keçirdiyi bütün addımlara rəsmi Qahirə və Əmmanın tam dəstək verdiyini bir daha təsdiqləyiblər.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən