Xameneinin dəfn mərasimi ilə bağlı ŞOK QƏRAR: Havada keçirilə bilər

 18:33 27.06.2026     401

Rəzəvi Xorasan əyalətinin qubernatoru şənbə günü bildirib ki, hakimiyyət orqanları izdihamı azaltmaq və təhlükəsizliyi artırmaq üçün mərhum Ali Rəhbər Əli Xameneinin dəfn mərasimini havada keçirməyi nəzərdən keçirir.

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qulamhüseyn Müzəffəri əyalət təhlükəsizlik şurası tərəfindən irəli sürülən təklifin izdihamın idarə olunmasını asanlaşdıracağı və daha təhlükəsiz şərait yaradacağı üçün tətbiq oluna biləcəyini söyləyib. Rəsmi şəxsin sözlərinə görə, bu addım həm də koordinasiya prosesini sürətləndirəcək.

Qeyd edək ki, rəsmilər Xameneinin iyulun 9-da şimal-şərqdəki Məşhəd şəhərində dəfn olunacağını açıqlayıblar.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən