"Əgər Hizbullah Beyrutda döyüşməsəydi, İsrail əsgərləri ilə Tehranda qarşılaşardıq" - Şok BƏYANAT

 18:44 27.06.2026     285

İran parlamentinin sədrlik şurasının üzvü Əlirza Səlimi şənbə günü bildirib ki, Hizbullah münaqişənin İrana çatmasının qarşısını almaq üçün Livanda İsraillə mübarizəni davam etdirməlidir.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı xarici KİV yayıb.

Səlimi dövlət televiziyası ilə yayımlanan çıxışında Livanın Tehran üçün xüsusi önəmini vurğulayıb:

"İran bu müharibədə tək qalmayıb və Livan müharibənin bir hissəsidir. Livan bizim strateji dərinliyimizdir".

O əlavə edib ki, əgər Hizbullah Beyrutda döyüşməsəydi, İran İsrail əsgərləri ilə "Tehran və Kermanşah sərhədlərində və digər yerlərdə" qarşılaşmalı olacaqdı. Səlimi mövcud vəziyyəti və bu məsələni İran üçün "həyati və ciddi" adlandırıb.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən