İran Omanla Hörmüz idarəetmə çərçivəsi üzrə danışıqlar aparacaq
İran və Oman Hörmüz boğazında gələcək idarəetmə və xidmətlərin göstərilməsi üçün çərçivə üzrə danışıqlara başlayacaqlar.
Redaktor.az xəbər verir ki, bu barədə hökumət sözçüsü Fatimə Mühacirani şənbə günü məlumat verib.
Mühacirani bildirib ki, İran sözügedən prosesi qonşu ölkələrlə aktiv şəkildə əlaqələndirir. Rəsmi Tehranın bu addımı regionda diqqətlə izlənilir.
Qeyd edək ki, ABŞ rəsmiləri əvvəllər Tehranın strateji su yolundan keçən gəmilərdən rüsum almaq hüququna malik olmadığını bəyan ediblər. Bu səbəbdən danışıqların gedişatı beynəlxalq müstəvidə maraq doğurur.
Aminə ŞAHSUVARQIZI













