"İstənilən əmr yerindəcə icra ediləcək" - SEPAH

 20:32 27.06.2026     341

İslam İnqilabı Keşikçiləri Korpusunun bütün qolları Ali Rəhbər Müctəba Xameneinin istənilən sahədə verdiyi əmri yerinə yetirməyə hazırdır.

Redaktor.az xəbər verir ki, bu barədə Ali Rəhbərin qüvvələrdəki nümayəndəsi Əbdullah Hacisadeqi şənbə günü bildirib.

Hacısadeqi qeyd edib ki, İnqilab Keşikçilərinin bütün qüvvələri, o cümlədən Aerokosmik Qüvvələr, Hərbi Dəniz Qüvvələri, Quru Qoşunları, Qüds Qüvvələri və Bəsic, Müctəba Xameneinin istənilən sahədə verdiyi hər bir göstərişi icra etməyə tam səfərbər olunub. O, müqavimət və dözümlülüyün İslam Respublikasının əsas seçimi olaraq qaldığını, danışıqların isə ölkənin əsas yolu olmadığını vurğulayıb.

Qeyd edək ki, nümayəndə İslam Respublikası danışıqlara başlasa belə, qarşı tərəfin "ümidsiz düşmən" olaraq qaldığını xüsusi əlavə edib.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən