“Hizbullah tərksilah olunmayana qədər Livandan çəkilməyəcəyik” - Katzdan İrana XƏBƏRDARLIQ

 20:59 27.06.2026     287

İsrailin müdafiə naziri İsrael Katz şənbə günü Livanla yeni imzalanmış müqaviləni "İran oxuna strateji zərbə" adlandıraraq beynəlxalq ictimaiyyətin diqqətini çəkən bəyanatlarla çıxış edib.

Redaktor.az xəbər verir ki, nazir İsrail qoşunlarının Hizbullah ölkə daxilində tam tərksilah olunana qədər cənubi Livan daxilindəki təhlükəsizlik zonasında qalacağını bildirib.

Katz vurğulayıb ki, razılaşmada təsbit edilən ən vacib prinsip, Hizbullah terror təşkilatı Livan boyunca tərksilah edilmədiyi müddətcə hər hansı bir geri çəkilmənin baş verməyəcəyidir.

Katz qeyd edib ki, İsrail ordusu, o cümlədən Bofort qəsri silsiləsi ərazisi öz mövqelərini qoruyacaq və şimal icmalarının təhlükəsizliyini təmin etmək üçün uzunmüddətli yerləşdirməyə hazırlaşmaq tapşırığı alıb. Onun sözlərinə görə, İran ABŞ-yə təhdid və təzyiq yolu ilə İsraili Livandan çəkilməyə məcbur etməyə çalışsa da, bu cəhdi uğursuzluqla nəticələnib.

Qeyd edək ki, müdafiə naziri rəsmi Tehranı xəbərdar edərək, əgər İran razılaşmanın həyata keçirilməsinin qarşısını almaq üçün İsrailə hücum etməyə cəhd göstərərsə, ona qarşı böyük güclə hərəkət edəcəklərini xüsusi əlavə edib.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən